Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Akrobatlarımız beynəlxalq turnirdə 3 medal qazandı

Akrobatlarımız beynəlxalq turnirdə 3 medal qazandı

Tarix: 11 Sentyabr 2019 12:28

Bakı. Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində akrobatika gimnastikası üzrə beynəlxalq turnir yekunlaşıb.

Trend-in məlumatına görə, Azərbaycan gimnastları turniri 3 medalla başa vurublar. Belə ki, beynəlxalq arenada ilk addımlarını atan qarışıq cütlüyümüz Samirə Rüstəmova və Rauf Cabbarovun (11-16 yaş kateqoriyasında) çıxışları 80.800 xalla dəyərləndirilib və bununla da onlar gümüş medal qazanıblar.

13-19 yaş kateqoriyasında mübarizə aparan kişi cütlüyümüz Murad Rəfiyev və Daniel Abbasov da komanda yoldaşlarından geri qalmayaraq, uğurlu çıxışları ilə gümüş medala (83.360 xal) layiq görülüblər.

Komandamızın hesabına növbəti gümüş medalı isə 12-18 yaş kateqoriyasında mübarizə aparan Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmməzadən ibarət qadın qrupumuz yazdırıb. Qızlarımız 82.850 xal toplayaraq, fəxri kürsünün 2-ci pilləsində qərarlaşıblar.


Etiketlər:  Akrobatlarımız beynəlxalq turnirdə 3 medal qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ