Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur müğənni borc bataqlığında

Məşhur müğənni borc bataqlığında

Tarix: 31 Mart 2022 12:32

Rusiyanın tanınmış müğənnisi Yasmin ötən yay koronavirusdan dünyasını dəyişən atasının milyonlarla dollarlıq borcuna görə məhkəməyə verilib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müğənni əmlakını itirmək riski ilə üzləşib.

Bir neçə il əvvəl ifaçının həyat yoldaşı dövlət əmlakının oğurladığına görə beynəlxalq axtarışa verilmişdi. Jasmin isə ərinə hər cür haqq qazandırmağa çalışmışdı.

İndi mərhum atasının borclarını ödəmək müğənninin üzərinə düşüb. Məlum olub ki, ötən il koronavirusdan dünyasını dəyişən Lev Manaximov külli miqdarda kreditə girov durub..

Jasmin bu barədə yalnız çağırış vərəqəsi aldıqdan sonra xəbər tutub. İndi müğənni və qardaşı Anatolidən borcu ödəmək üçün 300 milyon rubl (3 477 000 dollar) tələb edilir.

Məhkəmədə iddia qaldırılarkən müəyyən edilib ki, müqavilə üzrə şərtlərin borcalan tərəfindən yerinə yetirilməsinə görə bank qarşısında cavab verməyə borclu olan şəxs vəfat edib. İddiaçı "Nefteprombank"ın vəfat etmiş şəxsə məxsus girov qoyulmuş əmlakı açıq hərracda satmaqla onun üzərinə həbs qoyulması tələbi irəli sürüb. Təqsirləndirilən şəxslər mərhumun övladlarıdır.

İndi Yasmin və qardaşı başqasının borcunu ödəmək üçün əmlaklarını itirmək riski ilə üz-üzədirlər.

Milli.Az


Etiketlər:  Məşhur müğənni borc bataqlığında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ