Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məhkumları çılpaq növbəyə düzüb... - “Qətllərə son qoyun, yoxsa qisas ağır olacaq" - FOTO

Məhkumları çılpaq növbəyə düzüb... - “Qətllərə son qoyun, yoxsa qisas ağır olacaq

Tarix: 1 Aprel 2022 01:28

Mərkəzi Amerikanın ən kriminal dövləti - El Salvador son zamanlar zorakılıq dalğası ilə sarsılmaqdadır. Dəstə üzvlərinin demək olar ki, hər gün qətl törətməsini prezident Nayib Bukele həbsxanadan fotolar yayımlamaqla cavab verib.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, çıxış yolunu qeyri-adi üsulla tapıb.

Məhkumları çılpaq növbəyə düzmək əmrini verən Bukele "Öldürməyə son qoy, yoxsa bunun əvəzini verəcəklər" deyərək, dəstə üzvlərinin təslim olmasını tələb edib.

Cümə günündən bəri ölkədə 87 nəfərin öldürüldüyü açıqlanıb. Polis cinayətlərə görə ölkənin ən böyük iki dəstəsinin, Mara Salvatruçanın və ya MS-13-ün məsuliyyət daşıdığını bildirərək beş dəstə başçısını həbs edib.

Anar Əli
Milli.Az


Etiketlər:  Məhkumları çılpaq növbəyə düzüb Qətllərə son qoyun yoxsa qisas ağır olacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ