Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şou-biznesin heç vaxt ailə qurmayan kişiləri - FOTOlar

Şou-biznesin heç vaxt ailə qurmayan kişiləri - FOTOlar

Tarix: 1 Aprel 2022 02:25

Bir neçə gün öncə şou-biznesdə heç zaman ailə qurmayan xanımların siyahısını təqdim etmişdik. Bu gün isə sıra bəylərdədir. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, şou-biznesin heç vaxt ailə qurmayan bəylərinin bir qismini təqdim edir:

Yaşı 60-ı ötən Əməkdar artist Razi Şükürov heç vaxt ailə qurmayıb.

69 yaşlı müğənni Sərxan Sərxan da subaydır.

50 yaşlı Əməkdar artist Teymur Əmrah ailə qurmaq arzusundadır. İfaçı illərdir öz həmdəmini axtarır. Hətta açıqlamalarının birində söyləmişdi ki, xalq artisti Gülyaz Məmmədova kimi xanımın axtarışındadır.

54 yaşlı müğənni Samir Bağırov heç vaxt ailə qurmayacağını deyib. İfaçı bu mövzuda heç vaxt düşünmədiyini də söyləyib.

42 yaşlı müğənni Rəhim Rəhimli ailə qurmaq istəsə də, hələ qismət olmayıb.

40 yaşı ötən Əməkdar artist, skripkaçı Səlim Abbasov ailə qurmaq arzusundadır. O da həmdəm axtarışındadır: "Evlənmək vaxtıdır, artıq yaş gedir. İstədiyim nailiyyətləri sənətdə əldə etmişəm. İndi də subaylığın daşını atmaq lazımdır. İşə başım qarışıb, şəxsi həyat geridə qalıb. Bu il mütləq evlənəcəm".

41 yaşlı müğənni Samir Cavadzadə də subaydır.

35 yaşlı müğənni Elnur Hüseynov da hələ ki ailə qurmaq istəmir.

40 yaşa çatan müğənni Vüqar Muradov iki dəfə nişanlı olsa da ailə qurmayıb. Evlənmək üçün öz xarakterinə uyğun qız axtardığını deyib. 

36 yaşlı aparıcı Samir Bayramlı da subaydır.

40 yaşlı aşıq Namiq Fərhadoğlu isə bu ilə ailə qurmaq arzusunda olduğunu deyib. 

Yaşı 40-ı ötən müğənni Talıb Tale nişanlı olsa da, ailə qurması alınmayıb.


Etiketlər:  Şou biznesin heç vaxt ailə qurmayan kişiləri FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ