Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2022 10:56
İtaliyanın "Empoli" klubunda çıxış edən qapıçı Qulyelmo Vikario müharibə səbəbindən Ukraynadan didərgin düşmüş ailəyə sahib çıxıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, artıq Anna və onun 11 yaşlı oğlu Milan futbolçunun evində məskunlaşıblar.
"Anna və Milan istədikləri qədər bizimlə qala bilərlər. Mən məhz belə dəyərlərlə böyümüşəm. Bir neçə il əvvəl əmim Efiopiyada doğulan iki uşağı övladlığa götürmüşdü. Onlar artıq mənim əmioğlanlarımdır", - deyə 25 yaşlı qolkiper vurğulayıb.
Qulyelmo Vikario 11 yaşlı Milanı futbol məktəbinə yönəldəcəyini də dilə gətirib:
"Milana söz verdim ki, Udinezedə ona futbolun sirlərini öyrədəcək və gələcəkdə oynamasına şərait yaradacaq futbol məktəbi axtaracağam".