Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dolların məzənnəsi 24 fevraldan bəri ilk dəfə dəyişdi

Dolların məzənnəsi 24 fevraldan bəri ilk dəfə dəyişdi

Tarix: 1 Aprel 2022 12:04

Moskva birjasının valyuta hərraclarında ABŞ dollarının məzənnəsi Bakı vaxtı ilə saat 11:00-da 3,45% ucuzlaşaraq 80,33 rubl təşkil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, sonuncu dəfə dolların məzənnəsi 81 rubldan aşağı 23 fevral olub. Saat 11:10-da kimi dolların məzənnəsi 83,34 rubla (+0,17%) yüksəlib, avronun məzənnəsi isə 92,41 rubla (-0,04%) enib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 20%-dək artırdığından və Rusiyanın dost olmayan ölkələrin aprelin 1-dən qaz müqavilələrinə görə ödənişi rublla etməli olduqları haqqında açıqlamasından (23 mart) sonra rubl ABŞ dollarına və avroya qarşı möhkəmlənməyə başlanıb.

Milli.Az


Etiketlər:  Dolların məzənnəsi 24 fevraldan bəri ilk dəfə dəyişdi


RƏYLƏR