Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2022 15:20
"Kiyev hələ də təhlükədədir və hava hücumları davam edir".
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bunu Rusiya qoşunlarının Ukrayna paytaxtının şimal və şərqindəki mövqelərə çıxarılmasını şərh edən Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.
O əlavə etdi ki, ərazidə son 24 saatda elə bir çox fərq yoxdur: "Heç olmasa, indiyə qədər nəsə kütləvi bir hərəkət olmadı".
Pentaqonun sözçüsü bildirib ki, rus qoşunlarının Kiyevdən köçürülməsi Rusiya hərbi rəhbərlərinin paytaxtı ələ keçirmək cəhdlərinin uğursuzluğa düçar olduğunu başa düşdüyünü göstərir.
O, həmçinin qeyd edib ki, rus əsgərlərinin mənəvi-psixoloji durumu da aşağıdır.