Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2022 19:05
Bu il 94-cü dəfə təşkil edilən "Oskar" mükafatlarının təqdimetmə mərasimi ilə bağlı müzakirələr davam edir. Gecəyə ulduz yağışı kimi yağan məşhurlar bahalı geyimləri və aksessuarları ilə xeyli marağa səbəb olub. Onların libas seçimləri bir çoxları tərəfindən bəyənildi və qlamur hesab edildi. Bəyənənlərlə yanaşı, həmin geyimləri tənqid edənlər də oldu. Onlardan biri də türkiyəli popçu Demet Akalındır.
Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, gecəyə qatılanlar arasında məşhur müğənni Holzi də olub. O, transparan geyiminə görə xeyli müzakirə edilib. Demet Akalının da tənqidinə tuş gələn elə Holzidir. Onun bu geyimi qarşısında susa bilməyən ifaçı sosial şəbəkə hesabında onun geyimini tənqid edib:
Demet "Görəsən, bunlar yataqda ərləri üçün nə geyinirlər? Hər şey meydandadır" sözləri ilə dünyaca məşhur həmkarına sərt ismarış yollayıb.
Qeyd edək ki, Holzinin sevgilisi türkiyəli Alev Aydındır. Cütlüyün Ender adlı körpə övladı var.