Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2022 08:16
Yemək vərdişimizin dəyişdiyi Ramazan ayında qidalanmaya diqqət yetirmək sağlamlıq baxımından vacibdir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, doğru qidaların seçilməsi oruc tutmağa dəstək verir.
Müqəddəs ayda süfrələrdə olması vacib göstərilən qidalardan bir neçəsini təqdim edirik:
- İmsakda yumurta - Proteini yüksəkdir. Mədəni tox saxlayır.
- Xurma - Mədə-bağırsağın fəaliyyətini nizamlayır.
- Şorba - Maye balansını qorumağa, həmçinin tərkibindəki az kalori sayəsində çəkini normada saxlamağa kömək edir.
- Buğda çörəyi - Daha az kalorisi sayəsində daha uzun müddət tox qalmaq olur.
- Zeytun - Həm imsak, həm də iftarda məsləhət görülür.
- Süd və qatıq - Tərkibindəki kalsium artıq yağları parçalamaq funksiyası daşıyır və bədən rahatlayır.
- Darçın - Qandakı şəkərin miqdarını normaya salır. Həzm prosesini sürətləndirir. Toxluq müddətini artırır.