Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2022 11:30
Türk sənət musiqisinin imperatoru İbrahim Tatlıses müğənni olmaqla yanaşı həm də iş adamıdır. Onun Türkiyənin bir çox şəhərlərində xeyli sayda lahmacun və çiyköfte restoranları var.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, sənətçi ölkəsinin məşhur aşpazları CZN Burakı və Nusret Gökceni top atəşinə tutub. Tatlıses onların onun sayəsində məşhurlaşdığını, indi isə insanlara dadsız-duzsuz təamlar təqdim etdiyini dilə gətirib:
"Tatlıses 1984-cü ildən var, amma onlar yox idi. Heç kimi özümə rəqib görmürəm. Yemədiyim yeməyi də başqalarına məsləhət bilmirəm. Onlar mənim etdiyim işi görə bilmirlər. Bilmirsən yeməyin içinə nə qatırlar. Biz onlar kimi qidaya su qatmırıq. Sübut edə bilərəm. Baxırsan ki, palçıqdır. Millətə palçıq yedizdirirlər".
Qeyd edək ki, İbrahim restoranlarında hazırlanan təamları "Tatlıses" adı altında dünya bazarlarına çıxarmaq qərarındadır.