Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AŞ PA rəhbəri: Azərbaycanın və digər ölkələrin quruma qoşulması Avropada geniş vəhdətə nail olunmasında mühüm rol oynayıb

AŞ PA rəhbəri: Azərbaycanın və digər ölkələrin quruma qoşulması Avropada geniş vəhdətə nail olunmasında mühüm rol oynayıb

Tarix: 11 Sentyabr 2019 15:31

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın və digər ölkələrin Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) qoşulması Avropada geniş vəhdətə nail olunmasında mühüm rol oynayıb və ona görə də AŞPA-nın 70 illiyi ilə bağlı tədbir Azərbaycanda keçirilir.

Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının prezidenti Lilian Mori Paskye Bakıda AŞ PA-nın 70 illiyinə həsr edilmiş konfransda deyib.

Azərbaycan hakimiyyətinə təşəkkür edən L.M.Paskye səfər çərçivəsində Azərbaycan parlamentinin sədri ilə görüşdüyünü və görüşlərin sabah da davam edəcəyini diqqətə çatdırıb. O, həmçinin AŞ PA-nın yaranma tarixi və məqsədləri haqqında danışıb.


Etiketlər:  PA rəhbəri Azərbaycanın digər ölkələrin quruma qoşulması Avropada geniş vəhdətə nail olunmasında mühüm rol oynayıb


RƏYLƏR