Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2022 12:08
Müharibə səbəbilə evlərini tərk etmiş ukraynalılar geri qayıdır.
Bu barədə Lvov vilayəti üzrə hərbi administrasiyanın rəhbəri Maksim Kozitski məlumat verib.
Son sutkada Lvov vilayətinə geri dönənlərin sayı, buranı tərk edənlərin sayını üstələyib.
Belə ki, vilayəti bu müddətdə 14 min insan tərk edib, 19 min vətəndaş isə son sutkada Lvov ərazisinə geri qayıdıb.
Qeyd edək ki, müharibə səbəbilə Ukraynanı tərk edənlərin sayı dörd milyona yaxınlaşır.