Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2022 14:24
"Fənərbağça" növbəti mövsüm heyətini ulduz futbolçu ilə gücləndirəcək.
Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, İstanbul nəhəngi "Liverpul"un belçikalı hücumçusu Divok Originin meneceri ilə danışıqlara başlayıb. Bildirilib ki, 26 yaşlı hücumçuya 3 illik müqavilə təklif olunacaq. Yayda Mersisayd təmsilçisi ilə sözləşmə uzatmayacaq forvardla Avropanın digər məşhur klubları da yaxından maraqlanır.
Qeyd edək ki, Belçika millisinin üzvü 2015-ci ildən "Liverpul"da çıxış edir.