Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2022 14:38
Qərb enerji böhranı ilə mübarizə aparır, lakin AB ölkələrinin vətəndaşları adi həyatlarından əl çəkməyə və Rusiyanın ixrac etdiyi yanacağa olan tələbatı azaltmağa hazır deyillər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşrinin yaydığı məqalədə bildirilib.
Məqalə müəllifinin fikrincə, problem ideyaların olmamasında deyil, əksinə, son həftələr artıq avropalılara evlərində termostatları bir dərəcə aşağı salmaq, sürət həddini azaltmaq və ya avtomobilsiz günlər tətbiq etməklə Rusiya neftinə tələbatı azaltmaq təklif olunub.
Məqalədə ekspert Yan Rozenovun sözlərinə istinad edərək qeyd edilib ki, insanlar dövlətin öz həyatlarında tətbiq etdiyi dəyişikliklərə müqavimət göstərirlər və buna görə də AB ölkələrinin siyasətçiləri bu cür çağırışlara ehtiyatlı yanaşırlar.