Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məni şantaj edir ki, evi əlindən alacam'' - Aysel Elnar haqda - VİDEO

''Məni şantaj edir ki, evi əlindən alacam'' - Aysel Elnar haqda - VİDEO

Tarix: 4 Aprel 2022 05:25

Şairə Aysel Vaqifqızı keşmiş həyat yoldaşı Elnar Xəlilovunun onun ünvanına dediklərinə cavab verib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Aysel Elnarın dediklərini yalan adlandıraraq, ona qadağa qoyduğunu bildirib:

"Xalqa yalanını sübut edəcəm, qadın pulu yemək istədiyini, alfonsluğunu... Guya bundan dayə kimi 100 manat pul istəmişəm. Məhkəmədə yeni qayda çıxıb, tərəflər razılıqla məhkəməyə gedir. Gəldi və dedi şərt var, qəbul etməsən evi əlindən alacam. Dedi ki, uşaqdan imtina edirəm, istəmirəm, qəbul etməsən evi alacam. Biz ailə quranda bunun ailəsinin maddi problemi var, maşınımı satdım ev aldım. Bir manat bu evdə haqqı yoxdu. Dedim, necə uşaqdan imtina edirəm? Qayıtdı ki, gedin öz həyatınızı qurun, 18 yaşında bəlkə qabağınıza çıxaram. Bunla razılaş, ya da alacam evi əlindən. Dedim, razı deyiləm, uşağı tək dünyaya gətirməmişəm. 

Məni hədələdi ki, əgər razı deyilsənsə, gör başına nə oyun açacam. Süd haqqı olaraq anaya uşaq 3 yaşına çatana qədər verməlidir. O da vermək istəmirdi, mən də məhkəməyə verdim. Çünki məni mülklə bağlı məhkəməyə verib. Əlimdə bütün sənəd var ki, maşını subay vaxtı almışam, hansı salona neçəyə satmışam. Qəpiyimi də ona verməyəcəm. Sonuna qədər gedəcəm. Bu günə qədər danışmırdım, indi məni şantaj etdiyi üçün hər şey edəcəm. Məhkəmədə bildirdi ki, uşaqdan imtina edir.

Deyir guya mən fenomen olmaq istədim, o da ayrıldı. Mən onların ailəsində olan problemlərdən başımı götürüb qaçmışam. Danışsam biabır olarsan".

Qeyd edək ki, Elnar və Ayselin Enes adlı oğlu var. 

Milli.Az


Etiketlər:  Məni şantaj edir əlindən alacam Aysel Elnar haqda VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ