Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya MN: Ukraynanin 3 helikopteri məhv edilib

Rusiya MN: Ukraynanin 3 helikopteri məhv edilib

Tarix: 4 Aprel 2022 14:24

Rusiya hərbçiləri Nikolaev ətrafına endirdiyi aviazərbələr zamanı Ukrayna Silahlı Qüvvələrinin üç helikopterini məhv edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib

Onun sözlərinə görə, aprelin 3-də Nikolayev şəhəri ətrafında yerləşən Balovnoye aerodromuna hücum edilib, nəticədə Ukrayna silahlı qüvvələrinin üç helikopteri məhv edilib.

Rusiya MN sözçüsü bildirib ki, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Rusiya hərbçiləri 2000-ə yaxın Ukrayna tankını və digər zirehli texnikasını məhv edib: "Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 125 təyyarə, 91 helikopter, 392 pilotsuz uçuş aparatı, 226 zenit-raket kompleksi, 1936 tank və digər zirehli döyüş texnikası, 211 reaktiv yaylım atəşi sistemi, 833 səhra artilleriya və minaatan, o cümlədən 1810 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib"


Etiketlər:  Rusiya Ukraynanin helikopteri məhv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ