Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2019 19:56
"Valensiya" baş məşqçisi Marselino Qarsiya Toralı istefaya göndərib.
Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. İstefanın səbəbi açıqlanmayıb.
İspaniya mətbuatı komanda daxilində fikir ayrılıqları olduğunu yazıb. "Valensiya"nın sahibi Piter Limomla Marselino arasında münaqişələrin olduğu iddia olunub.
Qeyd edək ki, "Valensiya" La Liqada 4 xalla 10-cu pillədə qərarlaşıb.