Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 18:21
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu "Qonağım ol" proqramına qatılıb.
Sonxeber.net xəbər verir ki, veriliş zamanı şairin həyat yoldaşı jurnalist Zəminə Rüstəmova ondan danışıb. O, Babanın çox mülayim xasiyyətli insan olduğunu bildirib:
"Yaradıcı insanla ailəli olmaq çətindir. Amma Baba müəllimin xasiyyəti çox həlimdir. Onun yanında onu tərifləmirəm. Amma başqalarının yanında deyirəm ki, nə yaxşı qarşıma Baba müəllim kimi adam çıxıb. Qismətimdən razıyam. Düzdür, insanlar üçün aramızdakı yaş fərqi görünür. Mənim üçün isə görünmür. Düşünürəm ki, əsas xarakteri vacibdir".
Qeyd edək ki, Baba Vəziroğlu ilə Zəminə Rüstəmovanın Kamal adlı övladı var.