Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 11:12
Postsovet məkanında populyar olan azərbaycanlı yazıçı Elçin Səfərli Ukraynada sərt tənqid olunur.
Sonxeber.net bildirir ki, Kiyevdəki "BookChef" nəşriyyatı onunla əməkdaşlığı dayandırıb.
Ukraynalı oxucular isə E.Səfərlinin kitablarını yandırırlar.
Səbəb E.Səfərlinin Rusiyanın Ukraynada apardığı müharibəni tənqid etməməsidir.
"Kimsə məndən siyasi, xüsusilə də Rusiyaya qarşı yönəlmiş bəyanatlar tələb etmək haqqında deyil. Qoy, məndən dünyadakı bütün naşirlər imtina etsinlər - amma mən rus dilində yazıram, rus dilində hiss edirəm və bu, ömrümün son gününədək mənimlə qalacaq məqamdır", - E.Səfərli İnstagram profilində yazmışdı.
Yazıçının dediyinə görə, ukraynalıların onun kitablarını yandırmalarının əks olunduğu videoçəkilişləri hər gün ona yollayırlar.
"Bu, ümumiyyətlə milli mənsubiyyət barədə deyil. Bu, özündə insanı itirən insan barədədir", - E.Səfərli deyib.