Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bu mənzillərin vahid informasiya bazası yaradılacaq

Azərbaycanda bu mənzillərin vahid informasiya bazası yaradılacaq

Tarix: 6 Aprel 2022 16:16

Azərbaycanda tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması nəzərdə tutulur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məsələ Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nı üzrə Tədbirlər Planında əksini tapıb.

Fəaliyyət planında bu istiqamətdə daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Vahid informasiya bazasının yaradılması, daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflərin toplanılması İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Milli.Az


Etiketlər:  Azərbaycanda bu mənzillərin vahid informasiya bazası yaradılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ