Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Nargis” Fondunun dəstəyi ilə Samsung şirkəti tərəfindən təşkil edilmiş Cinemobile Qazax, Gəncə və Zaqatalada uşaqları sevindirib

“Nargis” Fondunun dəstəyi ilə Samsung şirkəti tərəfindən təşkil edilmiş Cinemobile Qazax, Gəncə və Zaqatalada uşaqları sevindirib

Tarix: 12 Sentyabr 2019 11:32

Bakı. Trend:

“Nargis” Fondunun dəstəyi ilə Samsung şirkəti tərəfindən təşkil edilmiş Cinemobile Qazax, Gəncə və Zaqatalada uşaqları sevindirib.

Technological Embrace layihəsi çərçivəsində təşkil edilmiş səyyar kinoteatr regionlarda ilk qonaqlarını sevindirib. Belə ki, balaca izləyicilərə oyun, rəqslər və maraqlı cizgi filmindən ibarət əyləncəli proqram təqdim edilib.

Sözü gedən bu kinoteatr uşaqlara müsbət emosiyalar bəxş edib. Belə ki, gecə maraqlı oyunlarla başlayıb ki, burada uşaqlar məharət və bacaqrılqlarını sınayıb. Ardınca qonaqları şən rəqslər sevindirib. Gecənin sonunda isə balaca izləyicilərə “Zootopia” cizgi filmi təqdim edilib. Uşaqlar xüsusi diqqətlə ekranda baş verənləri izləyərək, səmimiyyətlə qəhrəmanların başına gələn hadisələrin nə ilə bitəcəyini gözləyirdilər. Sonda izləyicilərə Samsung tərəfindən hədiyyələr də təqdim edilmişdir. Qeyd edək ki, seyrdən və şənlikdən zövq alan uşaqlar, o ki var əylənib, yeni məktəb ilinə xoş təəssüratlar toplamışdırlar.

Beləliklə, Cinemobile, “Nargis” Fondunun dəstəyi ilə təşkil edilmiş səyyar kinoteatrdır. İki hissədən ibarət olan, bu kino turun ikinci mərhələsində Quba, Sabirabad və Ağdama səfər etmək planlaşdırılır. Səyyar kinoteatrı qeyd edilən regionlarda gözləyin:

Əziz uşaqlar və valideynlər, sizlərə əla əhval ruhiyyə və müsbət emosiyalar bəxş edəcək Samsung kinoteatrına hər birinizi dəvət edirik! Ətraflı məlumatı Samsung Azərbaycanın Facebook və İnstagram səhifələrindən əldə edə bilərsiniz.

Region

Seansın günü

Seansın vaxtı

Keçirilmə yeri

Quba

13.09.2019

18:00

Quba Meydanı parkı

Sabirabad

14.09.2019

18:00

Heydər Əliyev parkı

Ağdam

15.09.2019

18:00

Icra hakimiyyətinin yaxınlığında


Etiketlər:  Nargis Fondunun dəstəyi ilə Samsung şirkəti tərəfindən təşkil edilmiş Cinemobile Qazax Gəncə Zaqatalada uşaqları sevindirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ