Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi”dən səfər, “Sabah”dan ev qələbəsi - YENİLƏNİB

“Neftçi”dən səfər, “Sabah”dan ev qələbəsi - YENİLƏNİB

Tarix: 9 Aprel 2022 19:24

Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilib.

XXII turun ilk günündə iki qarşılaşma baş tutub.

Dövrənin ilk matçı Şamaxıda keçirilib. Yeni adla ilk matça çıxan şəhərin eyniadlı təmsilçisi "Neftçi"ni qəbul edib. Mövsümə "Keşlə" kimi başlayan Sənan Qurbanovun yetirmələri son çempionla matçda hesabı açsa da, Rəhman Hacıyevin qolu ilə əldə olunan üstünlüyü əldən verib. Bakı klubunun braziliyalııarı Tyaqo Bezerra və Ramon Maçado iki qol vuraraq səfərdən üç xalla ayrılıb. Bu qarşılaşmadan öncə meydan sahiblərinin iki futbolçusu - Rail Məlikovla Ruslan Əmircanovun vida mərasimi baş tutub. Millinin sabiq oyunçuları karyeralarını başa vurub.

Turun mərkəzi oyunu Bakıda keçirilib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Sabah"la "Zirə" Masazırda üz-üzə gəlib. Qarşılaşmaya itkilərlə çıxan qonaqlar ilk yarının sonlarında qapısında qol görüb. Fasilədən dərhal sonra zirəlilər hesaba tarazlıq gətirsə də, "Sabah"ın ən yaxşı bombardiri Coy-Lens Mikels komandasına üstünlük qazandıran topa imza atıb. Xulio Sezar Rodriges isə son saniyələrdə fərqi artırıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Sumqayıt" - "Qarabağ" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXII tur
9 aprel (şənbə)
14:00. "Şamaxı" - "Neftçi" - 1:2
Qollar: 
Rəhman Hacıyev, 11 - Tyaqo Bezerra, 60, Ramon Maçado, 72
 "Şamaxı": 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 77. Merab Qiqauri, 72. Aldair Neto, 6. Franko Flores, 9. Natan Oduva, 14. Turan Vəlizadə, 95. Rəhman Daşdəmirov
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 20. Rail Məlikov, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 22. Elçin Mustafayev, 13. Pərviz Azadov, 88. Fuad Bayramov, 74. Kamal Kazımov
Baş məşqçi: Sənan Qurbanov
"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 19. Azər Salahlı, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 77. Gilyerme Pato, 20. Mert Çelik, 27. Fərid Yusifli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 24. Yusuf Laval, 91. Ramon Maçado, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov
Baş məşqçi: Samir Abasov
Baş hakim: Elçin Məsiyev
Şamaxı şəhər stadionu
 
17:00. "Sabah" - "Zirə" - 3:1
Qollar:
Zurab Oçiqava, 40, Coy-Lens Mikels, 58, Xulio Sezar Rodriges, 90+4 - Hamidu Keyta, 48
"Sabah": 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 15. Kristian da Silva, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 26. Fofana Tiemoko, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 99. Hiqor Qabriel, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
"Zirə": 41. Anar Nəzirov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
Baş hakim: Rəşad Əhmədov
"Bank Respublika Arena"

1

Qarabağ

20

15

4

1

46-11

49

2

Neftçi

22

12

5

5

37-25

41

3

Zirə

22

10

6

6

29-23

36

4

Qəbələ

21

9

7

5

31-27

34

5

Sabah

22

10

2

10

31-28

32

6

Şamaxı

22

5

5

12

24-33

20

7

Sumqayıt

20

3

5

12

12-32

14

8

Səbail

21

3

2

16

13-44

11

Bombardirlər: Davit Volkov ("Zirə") - 10 qol, Coy-Lens Mikels ("Sabah") - 9 qol, Filip Ozobiç, Abdullah Zubir (hər ikisi "Qarabağ") - 8 qol

08:42

Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, XXII turun ilk günündə iki qarşılaşma baş tutacaq.

Dövrənin ilk matçı Şamaxıda olacaq. 30 ildən sonra bu şəhərdə böyük futbol olacaq. "Keşlə" "Şamaxı"ya çevrildikdən sonra yeni adla ilk görüşünə çıxacaq. Bölgə təmsilçisi "Neftçi"ni qonaq edəcək.

Günə turun mərkəzi matçı ilə yekun vurulacaq. Avrokuboklara vəsiqələrə iddialılar "Zirə" və "Sabah" sonuncuların meydanında qarşılaşacaq. Qonaqlar iddialı rəqiblə görüşə ən azı bir xal üçün çıxacaq. "Sabah" isə avrokubok zonasına yaxınlaşmaq üçün mütləq qalib gəlməlidir. Murad Musayevin komandası xal itirsə, çempionluq şansı ilə rəsmən vidalaşacaq və bu, "Qarabağ"ın avrokuboklarda çıxışını təmin edəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək "Sumqayıt" - "Qarabağ" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXII tur
9 aprel (şənbə)
14:00. "Şamaxı" - "Neftçi"
Baş hakim:
Elçin Məsiyev
Şamaxı şəhər stadionu
 
17:00. "Sabah" - "Zirə"
Baş hakim:
Rəşad Əhmədov
"Bank Respublika Arena"

1

Qarabağ

20

15

4

1

46-11

49

2

Neftçi

21

11

5

5

35-24

38

3

Zirə

21

10

6

5

28-20

36

4

Qəbələ

21

9

7

5

31-27

34

5

Sabah

21

9

2

10

28-27

29

6

Şamaxı

21

5

5

11

23-31

20

7

Sumqayıt

20

3

5

12

12-32

14

8

Səbail

21

3

2

16

13-44

11

Bombardirlər: Davit Volkov ("Zirə") - 10 qol, Filip Ozobiç, Abdullah Zubir (hər ikisi "Qarabağ"), Coy-Lens Mikels ("Sabah") - 8 qol

Milli.Az


Etiketlər:  Neftçidən səfər Sabahdan qələbəsi YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ