Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəmkirdəki yanğında azyaşlı uşaq xəsarət aldı

Şəmkirdəki yanğında azyaşlı uşaq xəsarət aldı

Tarix: 9 Aprel 2022 08:46

Şəmkirdə azyaşlının xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Hadisə rayonun Dəllər qəsəbəsində 1978-ci il təvəllüdlü Anar Əliyevə məxsus evdə qeydə alınıb.

Yanğın nəticəsində 70 m² olan 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 55 m² sahədə yanıb.

Yanğın zamanı ev sahibinin övladı 2016-cı il təvəllüdlü Əliyev Rəvan yanıq xəsarətləri alıb.

Milli.Az


Etiketlər:  Şəmkirdəki yanğında azyaşlı uşaq xəsarət aldı


RƏYLƏR