Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pentaqon: "Rusiya Ukraynada hərbi gücünün 20 faizini itirib"

Pentaqon:

Tarix: 9 Aprel 2022 17:44

Rusiya Ukraynada hərbi gücünün 20 faizinin itirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, 800-1000 hərbçidən ibarət taktiki qrup taborların hissələri, faktiki olaraq, məhv edilib. Qoşunların qalıqları Rusiya və Belarus ərazisinə çəkilib.

Bildirilib ki, Rusiya 60 000 yeni hərbçi toplamaq niyyətindədir. Bundan sonra taktiki tabor qrupları bərpa ediləcək. Məlumata görə, Donbasa hücumun da bunun ardınca reallaşacağı gözlənilir. Pentaqonun hesablamasına əsasən, Donbasda və ya ona yaxın ərazidə Rusiyanın 40 taktiki tabor qrupu yerləşdirilib. Vurğulanıb ki, aprelin 6-da onların sayı 30 olub. Belə çıxır, Rusiya son günlər bölgəyə daha 10 000 hərbçi yerləşdirib.

Milli.Az


Etiketlər:  Pentaqon Rusiya Ukraynada hərbi gücünün 20 faizini itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ