Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” Avropada mövqeyini qorudu

“Qarabağ” Avropada mövqeyini qorudu

Tarix: 9 Aprel 2022 18:30

Avropanın top komandalarının aprel reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, cədvəldə qitənin 450 ən yaxşı klubu yer alıb.

Azərbaycan siyahıda üç komanda ilə təmsil olunub. Ən yaxşı təmsilçimiz "Qarabağ"dır.

Ağdam təmsilçisi 213 xalla Avropanın 86-cı komandasıdır. Qurban Qurbanovun yetirmələri ötən cədvəldəki mövqeyini qoruyub.

"Neftçi" 30 xalla 244-cü sırada qərarlaşıb. 10 xal geri qalan "Qəbələ" 291-cidir.

Qeyd edək ki, siyahıya 2343 xala malik "Qarabağ" başçılıq edir.

Milli.Az


Etiketlər:  Qarabağ Avropada mövqeyini qorudu


RƏYLƏR