Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 20:03
Təbii alma sirkəsi bütün dünyada faydalı və müalicəvi məhsul sayılır. Alma sirkəsi qanda xolesterinin səviyyəsini salır, damarların sağlamlığını bərpa edir və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini əhəmiyyətli dərəcədə azaldır.
Saglamolun.az Diabetes Care istinadla xəbər verir ki, elmi araşdırmalara əsasən alma sirkəsi şəkərli diabet xəstələrində insulinə qarşı həssaslığını artırır, qanda şəkərin səviyyəsini aşağı salır.
Bundan əlavə araşdırmalar göstərib ki, alma sirkəsinin müntəzəm istehlakı orqanizmdə xolesterinin səviyyəsini aşağı salmağa yardım edir. Həmçinin alma sirkəsi damarların sağlamlığına müsbət təsir edir, onların elastikliyini artırır, damarları möhkəmləndirir. Bütün bunlar isə öz növbəsində ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.
Nəzərinizə çatdıraq ki, məhz ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümün əsas səbəbi sayılır.
Mütəxəssislər hər gün 1-2 xörək qaşığı alma sirkəsini qəbul etməyi tövsiyə edirlər. Alma sirkəsini suya əlavə edib içmək olar. Həmçinin alma sirkəsini tərəvəz salatlarına əlavə etmək çox faydalıdır.
Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı alma sirkəsini qəbul etmək olmaz.