Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukrayna borşu bölüşmək istəmir: bu, nasizmdir'' - Rusiya XİN rəsmisi - VİDEO

''Ukrayna borşu bölüşmək istəmir: bu, nasizmdir'' - Rusiya XİN rəsmisi - VİDEO

Tarix: 9 Aprel 2022 21:04

"Ukrayna təhlükəli və gərəksz saydığı ədəbiyyatı məhv edir, o cümlədən kulinariya kitablarını da. Üstəlik, Ukrayna borşa yiyə çıxmaq istəyir".

Sonxeber.net bildirir ki, Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova brifinqdə belə deyib.

M.Zaxarova Ukraynada ədəbiyyata aparılan kampaniyanı nasist Almaniyasında aparılmış analoji kampaniyaya bənzədib. Onun sözlərinə görə, "yalnıx tarix dərslikləri yox, hər cüri kitablar tonqallarla yanırdı. Etnomədəni, dini və hətta uşaq ədəbiyyatı zərbə altına düşüb".

"Ukraynada hətta kulinariya kitabları yasaqlanırdı. Niyə? Sən demə, borşun reseptlərini bölüşmək olmaz. Olmaz! Borş yalnız kiməsə, hansısa xalqa məxsus olmalıdır", - M.Zaxarova deyib.

O, daha sonra bildirib: "Borş ümumi olsun? Hər şəhərdə, hər bölgədə evdə xanım onu istədiyi kimi bişirsin? Yox. Onlar güzəştə getmək istəmirlər. Bax, bu dediklərimizdir. Ksenofobiya, nasizm, bütün növdə ekstremizmdir".


Etiketlər:  Ukrayna borşu bölüşmək istəmir nasizmdir Rusiya XİN rəsmisi VİDEO


RƏYLƏR