Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2019 12:28
Avropa İttifaqında silahlı qüvvələrin konsolidasiyası, inkişafı və formalaşdırılmasına kömək üçün yeni hərbi-kosmik struktur yaradılacaq. Bu barədə səlahiyyətlərinin icrasına noyabrın 1-dən etibarən başlayacaq Avropa Komissiyasının yeni tərkibinin sədri Ursula fon der Lyayen bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, Avropa Komissiyasının gələcək rəhbərinin sözlərinə görə, Avropa İttifaqı heç vaxt hərbi qurum olmayacaq, lakin təşkilata üzv ölkələr dəfələrlə bildiriblər ki, onların silahlı qüvvələri üçün ümumi maddi-texniki təchizat böyük əhəmiyyətə malikdir. O əlavə edib ki, NATO Avropa İttifaqı üçün həmişə kollektiv təhlükəsizlik sistemi olaraq qalacaq.
Yeni strukturun formalaşdırılması üçün məsuliyyəti Fransa nümayəndəsi Silvi Qular daşıyacaq. Plana görə, Fransa təmsilçisi Avropa Komissiyasının təhlükəsizlik, kosmos və daxili bazar məsələləri üzrə komissarı təyin olunacaq.
Nizam Nuriyev