Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balakəndə 980 çətənə kolu aşkarlanıb

Balakəndə 980 çətənə kolu aşkarlanıb

Tarix: 12 Sentyabr 2019 12:45

Bakı. Trend:

Balakəndə xeyli sayda çətənə kolu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yabanı halda bitmiş çəkisi 750 kiloqram olan 980 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Balakəndə çətənə kolu aşkarlanıb


RƏYLƏR