Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 13:50
Avropa Komissiyası artıq Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketi, o cümlədən Rusiya neftinin ixracına məhdudiyyətlər qoyulması üzərində işə başlayıb.
Sonxeber.net "Ukrinform"a istinadən xəbər verir ki, bunu Litva Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsberqis Brüsseldə Aİ Xarici İşlər Nazirləri Şurasının iclası başlamazdan əvvəl deyib.
"İndi çox şey baş verir. Avropa Komissiyası çox açıq şəkildə bildirdi ki, biz neft variantının nəzərdən keçirildiyi altıncı paket (sanksiyalar) üzərində işləməyə başlayırıq. Bu o deməkdir ki, konsensusa nail olmaq üçün artıq iş başlanıb. Ümid edirəm ki, nə etmək lazımdır sualına cavab vermək üçün Kiyevə getmək, İrpenə, Buçaya baş çəkmək və hər şeyi öz gözlərimiz ilə görmək lazımdır. O zaman başa düşüləcək ki, nə üçün sanksiyalar tətbiq etməliyik", - Litva rəsmisi bildirib.
Aslan Məmmədov