Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 15:54
Astroloq Dmitri Urantus Donbasda rus ordusunun yeni genişmiqyaslı hücumunun mümkün tarixlərini açıqlayıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.
Urantusun proqnozuna görə, intensiv döyüş əməliyyatlarının başlanması aprelin 11-12-də gözlənilir.
"Düşmənin hücum əməliyyatları ən azı aprelin 24-dək davam edəcək. Təxminən aprelin 16-da, Mars və Saturnun birləşmə aspektinin dağılmasından sonra hadisələrin son nəticəyə gətirib çıxaracağı ehtimal olunur. Mars Balıq bürcünə keçəcək, müharibənin tempi dəyişməlidir", - astroloq qeyd edib.
O əlavə edib ki, aprelin 30-da - yeni aydan sonra, mayın 3-5-i tarixlərində danışıqlar və razılaşmalar üçün əlverişli vaxt gəlir.