Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 21:32
UEFA Norveçin "Budyo Qlimt" klubunun baş məşqçisi Hötil Knutsen və İtaliya "Roma"sının qapıçılar üzrə məşqçisi Nunu Santuşu cəzalandırıb.
Sonxeber.net "report"-a istinadən bildirir ki, buna iki mütəxəssis arasında UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunu zamanı baş vermiş insident səbəb olub.
Hər iki şəxs dava ilə bağlı aparılan araşdırma başa çatanadək futboldan kənarlaşdırılıb.
Qeyd edək ki, "Budyo Qlimt"in 2:1 hesablı qələbəsi ilə bitən matçdan sonra Hötil Knutsen və Nunu Santuş bir-birinə hücum edib. Komandalar arasında cavab görüşü aprelin 14-də İtaliyada keçiriləcək.