Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bekhemin gəlini toyunda 150 min dollarlıq libas geyindi - FOTO

Bekhemin gəlini toyunda 150 min dollarlıq libas geyindi - FOTO

Tarix: 12 Aprel 2022 02:22

Keçmiş ingilis futbolçu Devid Bekhemin oğlu 23 yaşlı Bruklin Bekhem ailə həyatı qurub.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, o, aktrisa Nikola Anne Pelts ilə evlənib.

Mediaya qapalı keçirilən təmtəraqlı toy açıq məkanda baş tutub. Bekhem oğlunun toyu üçün 3 milyon funt-sterlinq (6 milyon 638 min AZN) pul xərcləyib.

Toy mərasimi  Anne Peltsin milyonçu atası Nelson Peltsin ABŞ-dakı malikanəsində  təşkil edilib.

Annenin bahalı gəlinliyi müzakirələrə səbəb olub. Onun "Maison Valentino" brendinə aid geyiminin qiyməti 255 000 AZN  (təxminən 150 min dollar) olub. Bu haqda "Kim haradan geyinir?" instaqram səhifəsi məlumat yayıb.

Bruklinin bəylik kostyumu isə "Dior" brendinə aiddir.


Etiketlər:  Bekhemin gəlini toyunda dollarlıq libas geyindi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ