Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Tarix: 12 Sentyabr 2019 15:42

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, nəticədə ona məxsus 1 ədəd "Kent" markalı siqaret qutusunun içərisindən 4 ədəd bükümdə, çəkisi 0,802 qramolan psixotrop maddə-metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb


RƏYLƏR