Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN-dən yayılan görüntülərlə bağlı - Açıqlama - VİDEO

DİN-dən yayılan görüntülərlə bağlı - Açıqlama - VİDEO

Tarix: 12 Aprel 2022 22:00

Daxili İşlər Nazirliyi bu gün sosial şəbəkələrdə ötən il Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində törədilmiş qətldən sonrakı vəziyyəti əks etdirən görüntülərə münasibət bildirib.

Yayılan görüntünün haradan və kimlər tərəfindən əldə edilməsi ilə bağlı açıqlama verən DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov qeyd edib ki, sözügedən görüntülərin yayılmasında heç bir problem yoxdur və burada məxfilik rejimi pozulmayıb:

"Belə ki, hadisədən sonra mərhumun yaxınları arasında yaranmış bəzi anlaşılmazlıqlara son qoymaq məqsədilə həmin görüntülər onlara təqdim edilib və bununla da onlarda yaranmış narahatlıqlar aradan qaldırılıb. Eyni zamanda, videomüşahidə kamerasının görüntüləri məhkəməyə də təqdim edilib.

Odur ki, bir daha qeyd etmək istəyirəm ki, görüntülərin sosial şəbəkələrdə yayılması heç bir narahatlıq doğurmur", - DİN rəsmisi əlavə edib.


Etiketlər:  DİN dən yayılan görüntülərlə bağlı Açıqlama VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ