Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz 2 qolla canını qurtardı

Millimiz 2 qolla canını qurtardı

Tarix: 12 Aprel 2022 22:28

Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, yığmamız DÇ-2023-ün seçmə mərhələsində Danimarka ilə qarşılaşıb.

Avropa zonası üzrə E qrupunda mübarizə aparan Siyasət Əsgərovun yetirmələri evdə 0:8 hesabı ilə uduzduğu qrupun lideri ilə bu dəfə Viborq şəhərindəki eyniadlı stadionda üz-üzə gəlib.

İlk 7 matçında rəqiblərinin qapısından 36 top keçirən danimarkalılar bu dəfə insaflı davranıb. Ev sahibləri hər hissədə bir dəfə fərqlənərək, 2:0 hesablı qələbə qazanıb.

8-ci oyununda 7-ci dəfə məğlub olan komandamız üç xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, qrupumuzda yer alan Rusiya yığması FIFA və UEFA tərəfindən bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb. Yığmamız son iki matçını sentyabrın 2-də Malta, 6-da Bosniya və Herseqovinaya qarşı keçirəcək.

DÇ-2023-ün seçmə mərhələsi
Avropa zonası, E qrupu
12 aprel
20:00. Danimarka - Azərbaycan - 2:0
Baş hakim:
Silvia Dominqos (Portuqaliya)
Viborq. "Viborq" stadionu

1

Danimarka

8

8

0

0

38-2

24

2

Rusiya

6

5

0

1

19-3

15

3

Bosniya və H.     

8

3

1

4

8-20

10

4

Monteneqro       

7

3

0

4

8-15

9

5

Malta

7

1

1

5

4-18

4

6

Azərbaycan

8

1

0

7

2-21

3

Milli.Az


Etiketlər:  Millimiz 2 qolla canını qurtardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ