Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 07:44
Ukrayna Prezident Volodimir Zelenski həbsdə olan deputat Viktor Medvedçukla bağlı Rusiya Federasiyasına təkliflə çıxış edib.
Sonxeber.net "report"-a istinadən bildirir ki, ölkə lideri yeni videomüraciətində Rusiyaya əsir götürülmüş ukraynalıları siyasətçi ilə dəyişməyi təklif edib.
"Rusiya Federasiyasına təklif edirəm ki, sizin bu oğlanı Rusiya əsirliyində olan oğlan və qızlarımızla dəyişdirək. Ona görə də bizim hüquq-mühafizə orqanlarının və hərbçilərin də bu ehtimalı nəzərə alması vacibdir", - Zelenski deyib.
Dövlət başçısı qeyd edib ki, Medvedçuk 40 gündən artıqdır ki, gizlənib və onun məhz Kosmonavtika Günündə (aprelin 12-də qeyd olunur) saxlanılması çox simvolikdir.
"O, 48 gün gizləndi. Və nəhayət, dövlətimizdən kənarda qaçmağa cəhd etmək qərarına gəldi. Bu "kosmonavt" üçün - sözün pis mənasında - məşhur "Getdik!" sözləri işə yaramadı. Onun tərəfindən hərbi kamuflyajdan istifadə edilməsini xüsusi həyasızlıq hiss edirəm. Belə maskalanmağa cəhd göstərib. Belə "döyüşçü", bu cür "vətənpərvər", - Prezident əlavə edib.
Ukraynanın "Həyat uğrunda Müxalifət Platformu" partiyası siyasi şurasının sədri Viktor Medvedçuk ötən gün saxlanılıb.
Xüsusi əməliyyat Ukraynanın Təhlükəsizlik Xidmətinin köməyi ilə keçirilib. Viktor Medvedçuk Ukrayna qanunlarını pozub. O, habelə Rusiyaya qanunsuz səfər edib. Qərb ölkələri Medvedçukun yaxtasına həbs qoyub.