Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Ukraynaya PUA və haubitsa verə bilər

ABŞ Ukraynaya PUA və haubitsa verə bilər

Tarix: 13 Aprel 2022 08:10

Pentaqon Ukraynaya "Humvee" zirehli avtomobilləri və haubitsalar verə bilər.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Washington Post" ABŞ hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

"Amerikalı məmurlar bildirirlər ki, Bayden administrasiyası Ukraynaya veriləcək silahların spektrini genişləndirməyə hazırdır. Bu xüsusda Pentaqon Ukraynaya "Humvee" zirehli avtomobilləri və digər müasir vasitələr verə bilər. Yeni yardım paketinin həcmi 750 milyon dollardır" - deyə qəzet bildirir.

Vaşinqtonda müzakirə edilən ilkin plana görə, yardım paketinə Mi-17 helikopterləri, haubitsalar, sahil mühafizə PUA-ları daxil idi. Bunların hamısının yekun siyahıya düşüb-düşməyəcəyi bilinmir" - deyə müəllif qeyd edib.


Etiketlər:  ABŞ Ukraynaya haubitsa verə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ