Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 10:04
"Rusiya tərəfindən ordu generalı Aleksandr Dvornikovun Ukraynadakı müharibəyə komandan təyin edilməsi komandanlıq və nəzarəti mərkəzləşdirmək cəhdini əks etdirir. Hərbi aktivliyin koordinasiya edilə bilinməməsi bu günə qədər Rusiyanın işğal planlarına mane olub".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
"Bir çox yüksək rütbəli Rusiya generalları kimi, Dvornikov da Suriyada keçmiş komandanlıq təcrübəsinə malikdir. Bundan əlavə, 2016-cı ildən Rusiyanın Ukraynanın Donbas bölgəsi ilə həmsərhəd olan Cənub Hərbi Dairəsinə komandanlıq edib. Dvornikovun seçimi Ukraynanın qətiyyətli müqavimətinin və müharibədən əvvəlki səmərəsiz planlaşdırmanın Rusiyanı öz əməliyyatlarını yenidən qiymətləndirməyə necə vadar etdiyini bir daha nümayiş etdirir", - məlumatda vurğunıb.