Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 15:52
Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
Sonxeber.net report-a istinadən bildirir ki, məlumatı "RİA Novosti" yayıb.
Məlumata görə, sanksiya ilə bağlı sənədə daha 206 yeni maddə əlavə edilib.
Bildirilib ki, siyahıya Rusiyanın milyarderləri - Qriqori Berezkin, Vladimir Yevtuşenko, Viktor Medvedçuk, Rusiya xarici işlər nazirinin həyat yoldaşı və başqaları daxil edilib.
Siyahıda "Lukoyl" şirkətinin sahibi, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun da adı var.