Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suriyanın “dul düşərgələri”ndə qadınlar zorlanırlar

Suriyanın “dul düşərgələri”ndə qadınlar zorlanırlar

Tarix: 13 Aprel 2022 19:44

Suriyanın şimal-qərbindəki ən ucqar düşərgələrdə yaşayan qadın və uşaqlar dəfələrlə zorakılığa məruz qalırlar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "World Vision" qeyri-hökumət təşkilatının hesabatında bildirilir.

Təşkilat on minlərlə subay, o cümlədən boşanmış və ya ərləri itkin düşmüş qadınların və onların uşaqlarının yaşadığı 28 düşərgədə 419 nəfər arasında sorğu keçirib. Nəticədə məlum olub ki, həmin şəxslər arasında təxminən hər dörd qadından biri düşərgədə gündəlik olaraq cinsi zorakılığın şahidi olur.

Respondentlərin təxminən 9%-nin isə özlərinin cinsi istismara məruz qaldığı məlum olub.

Qadınların düşərgələri sərbəst tərk etməsinə icazə verilmir. Ödənişli iş axtara bilməyən və ya ailələrini dolandıra bilməyən bəzilərinin isə həyatda qala bilmək üçün kişi mühafizəçilər və düşərgə menecerləri ilə cinsi əlaqəyə girməkdən başqa seçimi olmur.

Qeyd edək ki, 2011-ci ildə başlayan münaqişədən bəri təxminən 7 milyona yaxın suriyalı ölkə daxilində köçkün vəziyyətinə düşüb. Təxminən 2,8 milyon suriyalı ölkənin şimal-qərbində məcburi köçkünlər üçün nəzərdə tutulan 1300 düşərgədə yaşayır.

Milli.Az


Etiketlər:  Suriyanın düşərgələrində qadınlar zorlanırlar


RƏYLƏR