Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergiödəyicisi nə zaman uçota alınır?

Vergiödəyicisi nə zaman uçota alınır?

Tarix: 13 Aprel 2022 23:44

Vergi Məcəlləsinə əsasən, kommersiya hüquqi şəxslərə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergiödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergiödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir.

Bundan başqa, Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergiödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergiödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergiödəyicisinin uçota alınması, və uçotdan çıxarılması bu Məcəllənin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergiödəyicisinə müvafiq arayış verilir.

Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin Məcəllədə göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir.

Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatlarının olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər.


Etiketlər:  Vergiödəyicisi zaman uçota alınır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ