Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 17:06
"Ermənistandan olan deputatların Qarabağa səfəri əvvəlcədən sülhməramlılarla razılaşdırılmayıb".
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova deyib.
"Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr tarixli bəyanatının müddəalarına uyğun olaraq fəaliyyət göstərir. Sözügedən səfər əvvəlcədən Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılmayıb", - deyə Zaxarova söyləyib.
Xatırladaq ki, aprelin 12-si Ermənistan parlamentinin müxalifətçi deputatları Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmayıblar.