Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Peşmanam, gərək iş adamına qaçıb qəşəng arvad olardım'' - Xalq artisti

''Peşmanam, gərək iş adamına qaçıb qəşəng arvad olardım'' - Xalq artisti

Tarix: 14 Aprel 2022 18:40

"37 yaşında olarkən tanınmış iş adamı məni qaçırtmaq istəyib. Peşmanam, gərək gedərdim. İndi gəşəng arvad olub, oturmuşdum. Uşağım da böyük idi. Bunu biləndə restoranın arxa qapısından qaçdım".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "Həmin Zaur" proqramında deyib. Xanəndə şəxsi həyatı ilə bağlı sualları cavablandırıb:

"11 yaşından toylarda oxumuşam, zəhmətlə məşğul olmuşam. Qazandığım pulları isə atamdan gizlədirdim. Atam yaxşı maaşı olan işdə çalışırdı. Atam anama pul vermirdi. Anamında müəyyən ehtiyacları var idi. Qızları böyümüşdü, ailə qurub, köçməli idilər. Bizdə axı rayonda o zamanlar yun, döşəklər sırılırdı. Mən də toydan qazandığım pulları anama verirdim.

O da yun alırdı. Uşaq vaxtı biz Şəkidə 8 nəfər bir otaqlı evdə yaşayırdıq. Anamın əziyyətini gördüm, Allah da mənə səs vermişdi, getdim toylara. 14 yaşımda sütünlu 3 otaqlı ev tikdirdim". 

Ayrıldığı həyat yoldaşından bəhs edən Xasıyeva övladı Kazım üçün aliment almadığını söyləyib:

"Allah onu da, məni də xoşbəxt etsin. Bir övladımız var. Aramızda hər nə olubsa da, Kazımın günahı yoxdur. Allah şeytana lənət etsin. Kim istəyər ailəsi dağılsın? Özünə də demişəm, bir-birimizə halallıq vermişik, yolumuz açıq olsun". 


Etiketlər:  Peşmanam gərək adamına qaçıb qəşəng arvad olardım Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ