Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 11:54
Rusiya Lvov vilayətinə raket zərbələri endirib.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Lvov OVA-nın sədri Maksim Kozitskiy məlumat verib.
"Səhər saat 05:46-da başlayan və 07:02-yə qədər davam edən hava hücumu zamanı hava hücumundan müdafiə qüvvələrimiz işləyirdi", - Kozitskiy bildirib.
Daha sonra o əlavə edib ki, Lvov vilayətinə raket zərbələri Su-35 təyyarələrindən endirilib.
"Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin "Qərb" Hərbi Hava Komandanlığının zenit-raket qoşunlarının bölmələri dörd qanadlı raketi məhv edib! Rusiyanın qırıcıları Baranoviç aerodromundan havaya qalxıblar", - o deyib.
Aslan Məmmədov