Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputatdan təklif: Dənizi hasarlayanların mülkləri sökülsün - VİDEO

Deputatdan təklif: Dənizi hasarlayanların mülkləri sökülsün - VİDEO

Tarix: 16 Aprel 2022 13:24

Bakının bəzi yerlərində Xəzər dənizinin sahili və çimərlik əraziləri hasarlanıb.

Bu da xüsusilə yay mövsümündə insanların bu ərazilərdə istirahətinə əngəl olur. Məsələn Sabunçu rayonundakı bu çimərlik kimi. Burada ərazinin bir hissəsi hasarlanıb, sahilə giriş məhdudlaşdırılıb. 

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, oxşar vəziyyətlə dənizin Sabunçu rayonuna düşən digər hissəsində də rastlaşmaq olar. Burada da bəzi sahilboyu ərazilər çəpərlənib, içərisində restoranlar tikilib. 

Bakı Şəhər İcra Hakimiyyətindən xəbər ertəsinə bildirildi ki, çimərliklərə nəzarət Rayon İcra Hakimiyyətlərinin səlahiyyətindədir. Çəkiliş apardığımız Sabunçu Rayon İcra Hakimiyyətindən isə deyildi ki, əvvəlki illərdə sahilyanı ərazilərin qanunsuz zəbt olunması hallarına qarşı mübarizə tədbirləri aparılıb. Bu il də çimərlik mövsümü başladıqdan sonra belə reydlərin keçirilməsi planlaşdırılır. 

Millət vəkili Razı Nurullayev isə deyir ki, çimərliklərin zəbtinin qarşısını almaq üçün daha ciddi addımlar atılmalıdır. 

Millət vəkili qeyd edir ki, əvvəllər Xəzər dənizi sahilindən 130 metrilik məsafədə tikinti aparmağa icazə verilmirdi. Sonradan bu məsafə 30 metrə endirildi.

Deputat çimərliklərdə yerləşən istirahət mərkəzlərindəki qiymətlərin də baha olduğu qənaətindədir.


Etiketlər:  Deputatdan təklif Dənizi hasarlayanların mülkləri sökülsün VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ