Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 16:02
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti qolunu vurub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu evdə "İstra"ya qarşı 1-ci Liqanın XXXI tur oyununda fərqlənib.
O, 50-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bu, forvardın Zaqreb təmsilçisində 2-ci qolu olub.