Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2022 20:58
Avtomobillərdən atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti reyd təşkil olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb.
Yoxlamalar zamanı atmosferə normadan artıq tullantı ixrac edən avtomobillər aşkarlanıb və onların sürücüləri barəsində inzibati protokollar tərtib edilib.