Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın defoltu Avropanın defoltuna çevrilə bilər - Xəbərdarlıq

Rusiyanın defoltu Avropanın defoltuna çevrilə bilər -  Xəbərdarlıq

Tarix: 18 Aprel 2022 11:14

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitriy Medvedev Telegram kanalında bildirib ki, Rusiyanın xarici öhdəlikləri üzrə defolt elanı maliyyə sistemi o qədər də sabit olmayan Avropanın özü üçün hiperinflyasiya və defoltla nəticələnə bilər.

Sonxeber.net bildirir ki, o, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin Rusiyada defoltun an məsələsi olduğuna dair fikirlərinə diqqət çəkib. "Yaxşı, onda cəhd edin", - Medvedev bunu şərh edərkən deyib. Eyni zamanda o, "iki aşkar məqamı" qeyd edib:

"Rusiyanın defoltu Avropanın defoltuna çevrilə bilər. Həm mənəvi, həm də çox güman ki, maddi", - deyə siyasətçi xəbərdarlıq edərək, Aİ-nin maliyyə sisteminin kifayət qədər sabit olmadığını, insanların inamının getdikcə azaldığını qeyd edib.

Təhlükəsizlik Şurası rəhbərinin müavini izah edib ki, Aİ-nin maliyyə sistemi "tamamilə sabit deyil, insanların inamı düşür. "Hətta yaddaqalan 2008-ci ildə belə çox sarsılmadı, amma onda çox çətin idi", - Medvedev əlavə edib.

Fon der Lyayenin bəyanatlarından danışan Medvedev qeyd edib ki, onların əsas mənası "artıq yorğun insanların iztirabları deyil, xüsusi hərbi əməliyyatın başa çatması, Ukraynada çoxdan gözlənilən sülh deyil, Rusiyanın öhdəliklər üzrə defoltudur".

"Belədir! Gecələr gizlicə istədiyiniz budur! Bu, Avropa Birliyinin dərin strategiyasıdır, Brüsseldən olan mazoxistlərin və onların okeanın o tayındakı oyunlardakı tərəfdaşlarının gizli planıdır", - Medvedev deyib.

Aslan Məmmədov


Etiketlər:  Rusiyanın defoltu Avropanın defoltuna çevrilə bilər Xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ