Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2022 19:18
Su kanalları vaxtı-vaxtında təmizlənməyəndə olan fermerlərə olur. Əkin sahələrini zamanında suvara bilmirlər, yayda su qıtlığı yaranır , bir sözlə,çətin iş daha da çətinləşir. Sadaladığımız bu problemlər hazırda Kürdəmir rayonu üçün aktualdır. Rayonun Söyüdlər və Sövlə kəndlərinin sakinləri indi məcbur qalıb su kanallarını əl ilə təmizləyirlər. Halbuki, bu cür mövsümi təmizlik işləri suvarma sistemləri idarəsi tərəfindən aparılmalıdır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, adətən payız-qış mövsümündə su kanalları və axrları təmizlənilir ki, növbəti suvarma dövründə hər hansı bir çətinlik yaranmasın.
Ancaq Kürdəmir mənzərə daha fərqlidi. Rayonun Söyüdlər və Sövlə kənd sakinləri suvarma kanalarını əl ilə təmizləyirlər.
Sakinlərin sözlərinə görə, sonuncu dəfə su kanalı 2015-ci ildə də əl ilə təmizlənib. Bu cür yerüstü kanalların vaxtı vaxtında təmizlənməməsi fermerlərin işini daha çətınləşdirir. Buna görə də fermerlər vaxtı vaxtında əkinlərini suvara bilmir, həm də yayda su qıtlığına səbəb olur.
Məsələyə Kürdəmir Suvarma Sistemləri idarəsindən münasibət bildirilib.
Qeyd edək ki, rayon ərazisində suvarmada su mənbəyi kimi Kür və Girdiman çayından və Yuxarı Şirvan kanalından istifadə olunur.